Armudlu quzu qabırğasıbackend

Armudlu quzu qabırğası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
3 ədəd quzu qabırğası
2 diş sarımsaq
20 qr kərə yağı
1 budaq rozmarin
6 ədəd şabalıd
5-6 x.q. bitki yağı
Duz, istiot

Armudun karamelləşdirilməsi üçün:
1 ədəd armud
80 qr qəhvəyi şəkər
20 qr kərə yağı
100 ml su

Sous üçün:
½ ədəd qırmızı baş soğan
6 x.q. demiqlas sousu
1 ədəd yarpağı
1 x.q. qəhvəyi şəkər
2 ç.q. su
Duz, istiot

Sousun hazırlanması:
Soğan samanvarı doğranır.
Şəkər tozunun üzərinə su tökülüb karamel hazırlanır.
Üzərinə soğan, dəfnə yarpağı əlavə edilib zəif odda 5 dəqiqə bişirilir.
Qarışığa demiqlas sousu tökülür, duz, istiot səpilib 10 dəqiqə qaynadılır.

Ətin bişirilməsi:
Qabırğanın yuxarısındakı ətin nazik hissəsi sümükdən ayrılıb (kəsilmədən) aşağı hissədəki ətin ətrafına dolanır.
Sarımsaq əzilir, üzərinə rozmarin budağı, yağ, duz, istiot əlavə edilib qarışdırılır.
Qabırğanın üzərinə sarımsaqlı qarışıq tökülür, folqaya bükülüb 2 saat saxlanır.
Ət 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
Şabalıd çərtilib duzlu suda bişirilir.
Qabığı təmizlənib kərə yağında qovrulur.

Armudun karamelləşdirilməsi:
Armudun qabığı təmizlənir, iki yerə bölünüb özəyi çıxarılır.
Şəkər tozunun üzərinə su əlavə edilib karamel hazırlanır.
Karamel armudun üstünə tökülür.
Üzərinə rozmarin, kərə yağı əlavə olunub zəif odda 10 dəqiqə bişirilir.
Ət boşqaba qoyulur, üzərinə sous tökülür, iki yerə bölünmüş armud və şabalıdla servis edilir.

Armudlu quzu qabırğası

İnterpress.az