Araşdırmaları göstərir ki, poliqamik nikahlara əsasən 3 tip kişilər daxil olur. Birinci qrup insanlar çoxarvadlılığı məcburi sayır, “camaat nə deyər” məntiqi əsasında belə nikahlara girirlər.
İkinci tip kişilər evlilikdə xoşbəxt olmur, onlar valideynlərinin təkidi ilə qohumları ilə evlənir. Sonra da normal ailə kimi yaşamağa çalışırlar, uşaq sahibi olurlar. Amma belə əlaqədə xoşbəxtlik tapmayanda, ikinci arvadı alırlar. Çünki birinci arvadı boşasalar, valideynləri onları bir də danışdırmayacaq.
Üçüncü qisim müsəlmanlar isə xaricdə işləməyə gedəndə ikinci arvad alırlar ki, onlara qulluq etməyə kimsə olsun.
İnterpress.az