Tərkib:
300 qr sümüklü dana ətivə ya qovurma
3-4 ədəd kiçik baş soğan
50-60 qr kərə yağı
1 x.q. tomat pastası
3-4 ədəd alça qurusu
5-6 ədəd ərik qurusu
2 ədəd kartof
1 st. lobya
Bir çimdik sarıkök
Duz, istiot
Xəmir üçün:
1,5 st. un
0,5 st su
Bir çimdik duz
Hazırlanması:
Lobya axşamdan isladılıb duzlu suda bişirilir.
Ət tikələrə bölünüb suda qaynadılır.
Üzərinə bütöv soğan, duz və istiot əlavə edilib bişirilir.
Ət bişənə yaxın üzərinə dördkünc doğranmış kartof, lobya,sarıkök, alça və ərik qurusu əlavə olunub qarışdırılıb bişirilir.
Əriştənin hazırlanması:
Una duz və su qatılıb xəmir yoğrulur.
Xəmir yayılıb, əriştə kəsilir.
Əriştə qaynayan şorbaya tökülüb bişirilir.
Qovurmanın hazırlanması:
Ət tikələrə bölünür, üzərinə su əlavə edilib yağa düşənədək qovrulur. Qovrulmuş ət minalı(şirəli) qaba yığılıb soyuq yerdə saxlanır.
İnterpress.az