Tərkib:
150 qr qızıl balıq
15 ml bitki yağı
1 ədəd pomidor
¼ ədəd qırmızı bibər
¼ ədəd sarı bibər
¼ ədəd yaşıl bibər
½ dəstə şüyüd
½ ədəd limon
1 ədəd kök
300 ml su
Duz, istiot
Hazırlanması:
Balıq tikələrə bölünür.
Bibər və kök samanvarı doğranır, pomidor dilimlənir.
Su qaynadılır.
Qaynayan suya bibər, kök, şüyüd (doğranmadan), yağ əlavə edilib duz səpilir.
Tərəvəzlər bişənə yaxın bulyona pomidor və balıq əlavə olunur.
Şorbaya istiot səpilib 10 dəqiqə zəif odun üzərində bişirilir.
Hazır şorba süfrəyə limon dilimləri ilə verilir.
İnterpress.az