Tərkib:
250 gr can əti
1 ədəd baş soğan
2 dis sarımsaq
1 ədəd kartof
1 ədəd yaşıl bibər
2 ədəd pomidor
6 ədəd gobələk
100 ml zeytunyağı
Kəklikotu
Sumax
Duz, istiot
Hazırlanması:
Ət kubvarı doğranıb yağda qovrulur. Ət yağa düşəndə üzərinə xırda doğranmış soğan və sarımsaq əlavə edilib qızardılır. Pomidorun qabığı soyulur. Qarışığa dördkünc doğranmış bibər və pomidor, iki yerə bölünmüş göbələk qatılıb qovrulur. Üzərinə duz, istiot, kəklikotu səpilib qarışıdırlır. Kartof samanvarı (çox nazik) doğranır. Yağda qızardılıb hazırqovurmanın üstünə yığılır.
Çoban qovurmanın üzərinə sumax səpilib süfrəyə verilir.
İnterpress.az