Taleh qadın kimidir, sərtliyə və cəsarətə boyun əyərbackend

Taleh qadın kimidir, sərtliyə və cəsarətə boyun əyər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəsarət, təhlükə qarşısında ağlın və zəkanın istifadə olunmasıdır.- Platon

Uğurun dörd şərti; bilmək, istəmək, cəsarət etmək və susmaqdır.- Axel Munthe

Cəsarət yaxşı şeydir, lakin ölülərin işinə yaramaz.- Aristophanes

Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır.- Baltasar Gracian

Kişi cəsarətini əmr etməklə, qadınsa itaət etməklə göstərir.- Aristotel

Onların arxasınca gedəcək cəsarətiniz varsa, bütün yuxular reallaşa bilər.- Walt Disney

Bir insan bütün diqqət və gücünü nəyə sərf edərsə, ilahi təqdir də o istiqamətdə hərəkət edəcəkdir. Bütün hadisələr digər baş vermiş bir hadisəni dəstəkləmək üçün əmələ gəlir və əks təqdirdə heç bir vaxt üzə çıxmaz. Bir axarsu boyunca əmələ gələn bütün proses və hadisələr sadəcə bir qərardan doğur. Heçbir insanın xəyal edəməyəcəyi bütün gözlənilməz vəziyyətlər, hadisələr və maddi dəstək bu şəkildə əldə edilə bilər. Əlinizdən gələni və xəyal edə biləcəyiniz hər şeyi həyata keçirməyə indi, bu andaca başlayın. Cəsarət, ağıl, güc və ovsunu da içində saxlayır. Elə indi başlayın.- Johann Wolfgang von Goethe.

Azadlıq, onu müdafiə etmək cəsarətini daşıyanlarındır.- Pericles

Taleh qadın kimidir, sərtliyə və cəsarətə boyun əyər.- Niccolo Machiavelli

Taleh, cəsarətli və təşəbbüskar olanlara gülərüz göstərər.- Desiderus Eramus

Dua iki şəkildə həyata keçər: ya bizi qorxudan şeyi ortadan qaldırar, yaxud da onu məğlub etməyimiz üçün bizə güc və cəsarət verər.- H.E.Posdick

Axmaq görünməyə cəsarət etmək böyük bir ağıllılıqdır.- Andre Gide

Cəsarətin varsa, arxasından söylədiyini üzünə söylə!- Henry Coldervood

Acı çəkmək, ölməkdən daha çox cəsarət istəyir.- Napaleon Bonopart

Doğru olan şeyi görmək, lakin bunu etməmək cəsarətsizlikdir.- Konfutsi

Heç bir şeyə cəsarət edə bilməyən, heç bir şeyə ümüd bəsləməsin.- Schiller

Ey Tanrım, “Mənə dəyişdirəbiləcək şeyləri, dəyişdirəcək cəsarəti, dəyişdirilməyəcək və ya dəyişdirilməsinə ehtiyac olmayan şeyləri qəbul edəcək qüvvəti və bu iki ünsürü bir-birindən ayıra biləcək ağılı ver”.- Reader Giges

Ümidsizlik, qorxudan pişiyin itə hücüm etməsi kimi insanı cəsarətləndirir.- Solomon

Keçmişi xatırlayınca bəzən çox cəsarət göstərməyimə deyil, təhlükəni gözə almamış olduğuma təəssüflənirəm.- E.Boven

Sabahlar üçün insanların biraz qorxuları, biraz ümüdləri və biraz da cəsarətləri olmalıdır.- Johann Friedrich Von Schiller

Uşağa pis söz söyləməyin onu qardaşına və sənə eyni şəkildə danışmağa cəsarətləndirir.- İmam Şəfi

Dünyada təqlid edilməyən tək şey cəsarətdir.- Napaleon Bonopart

Real cəsarət şahid istəməz.- Boraccio

Cəsarəti olmayan insan, kəskin (iti) kənarı olmayan bıçağa bənzəyir.- Benjamin Franklin

Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır.- Vittoiro Alfieri

Cəsarət cənnətə, qorxu ölümə aparar.- Seneka

Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır.- Hz.Əli

Cəsarət bütün çətinliklərlə hər vəziyyətdə savaşmaqdır, hətta olmayanı belə oldurmağa çalışmaqdır.- Georges Clemmenceau

Cəsarət qüvvətlə birləşdiyi zaman büsbütün artar.- Arestotel

Cəsarət həyatı heçə sayar, vicdanı deyil.- Schiller

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq da ölümə aparır.- Sultan Səlim

Malını itirən heç bir şey itirməmişdir. Qürurunu itirən bir çox şey itirmişdir. Cəsarətini itirənsə hər şeyini itirmişdir.- Johann Wolfgang von Goethe

Cəsarət bütün silahları məğlub edər.- Ovidius

İnterpress.az