İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az