Mövlan Şıxəliyevdən şikayətçilərə “Lexus”lu gözdağıbackend

Mövlan Şıxəliyevdən şikayətçilərə “Lexus”lu gözdağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlan Şıxəliyevlə bağlı həm ölkə mediası, həm də əlaqədar dövlət orqanlarına ünvanlanan kifayət qədər çox şikayət mövcud olsa da, keçmiş MTN yetkilisi bu gün də öz toxunulmazlığını qorumaqdadır.
İnterpress.az xəbər verir ki, Moderator.az-ı bildiləndirən mənbənin sözlərinə görə, “MTN işi”nin ilk aylarında mümkün qədər gözə dəyməməyə çalışan M.Şıxəliyev, bu günlərdə yenə Novxanı çimərliyi sahilindəki villasında görünməyə başlayıb. Diqqət çəkən ən başlıca məqam isə MTN generalının öz villasına son model “Lexus”la gəlib-getməsidir. Hansı ki, M.Şıxəliyevin bu addımını MTN generalının onun həbsini gözləyən çoxsaylı şikayətçi ordusuna cavabı kimi də dəyərləndirmək mümkündür. Görünür, “MTN işi” ilə bağlı istintaq prosesinin davam etdiyi hazırkı dönəmdə “Lexus”la var-gəl edən MTN generalının həbsi şikayətçilər üçün hələ uzun müddət xəyal olaraq qalacaq.

İnterpress.az