İnterpress.az xəbər verir ki, Cəfər Cabbarlı adına \”Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına \”Azərbaycanfilm\” kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.
2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC \”Aztelefilm\” birliyində kinorejissor vəzifəsində çalışıb.
O, \”Qəm pəncərəsi”, \”Bir cənub şəhərində”, \”Dantenin yubileyi”, \”Ötən ilin son gecəsi” və s. filmlərin rejissoru olub.
2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
İnterpress.az