Əl-Bab mühasirəyə alındıbackend

Əl-Bab mühasirəyə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, artıq Əl-Bab tamamilə mühasirəyə alınıb.

Türk hərbi hava qüvvələri əməliyyat zamanı İŞİD-in Əl-Bab valisini qətlə yetirib. Azad Suriya Ordusu isə strateji bir kəndi ələ keçirib. Bu gün isə Əsəd rejiminin ordu birləşmələri cənubda kritik bir bölgəni ələ keçiriblər. İŞİD-in Hələbdəki son qalası Əl-Bab tamamilə mühasirəyə alınıb.

Suriyanın şimalında \”Fırat Kalkanı\” əməliyyatı davam edir. Türk hərbi qırıcıları Əl-Babda İŞİD hədəflərinə zərbələr endirib və 32 terrorçu məhv edilib. Hərbi mənbələrə əsasən, Əl-Bab valisi Əbu Valid Ürdüni də məhv edilib.

Rejim qüvvələrinin ələ keçirdiyi kritik ərazidən sonra İŞİD terrorçularının Hələbdəki son qalası Əl-Bab tamamilə mühasirəyə alınıb.

İnterpress.az