İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, Xristian-Demokratik İttifaqı Partiyasına (XDİ) başçılıq edən Angela Merkel bundan sonra həm də XSİ partiyasının bu posta namizədi olacaq.
Nəşrin məlumatına əsasən, bir qədər əvvəl Merkel yenidən Almaniya kansleri vəzifəsini tutmağa hazır olduğunu bildirib. Seçkilərdə qələbə çalacağı təqdirdə bu onun dördüncü kansler müddəti olacaq.
Qeyd edək ki, Almaniya bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçiriləcək. Bundan sonra ölkədə yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək.
İnterpress.az