İnterpress.az xəbər verir ki, bunu Moderator.az – a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı politoloq Zərduşt Əlizadənin ”Elçibəy küçədən hakimiyyətə gəlmişdi” deməsinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə Əlizadə qardaşları hər zaman türk insanına qarşı nifrətlə yanaşıblar:
”Bilirsiniz ki, bu yaxınlarda Zərduştun digər qardaşı Araz Əlizadə 1918-ci ildə Azərbaycan türklərini erməni-rus soyqırımından qurtaran Nuru Paşaya şər-böhtan atdı. Halbuki hər kəsə bəllidir ki, Nuru Paşamız birbaşa Bakını erməni-rus hərbi birləşməsindən azad edərək Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına da olan maneəni aradan qaldırmış olub. Arazın böhtanına cəmiyyət çox sərt mövqe bildirdi. İndi də Zərduşt utanmadan ağzına gələni danışır. Yəqin bütün ömrü küçələrdə keçib və bu səbəbdən də bu məxluqda küçə təffəkürü formalaşıb. Zərduşt Əlizadə küçə adamıdır. Yaxşı bir el misalımız var: ot kökü üstündə bitər. 1975-ci il də Əbülfəz Elçibəy siyasi dissident kimi məhkəmə qarşısına mühakimə olunarkən Zərduşt Əlizadənin atası Mübariz Əlizadə məhkəmə prosesində bir neçə dəfə çıxış edərək ona qarşı kəskin mövqe tutduğunu yaşlı və orta nəsil bu gün də lənətlə xatırlayır. Prosesin sonunda hakim Əbülfəz Elçibəydən soruşur ki, son söz demək istəyirsinizmi?
Əbülfəz Elçibəy hakimdən xahiş edir ki, mənə son söz üçün ayıracağınız vaxtı Mübariz müəllimə verin, qoyun özünü bir az da artıq biabır eləsin…İndi də bu qardaşlar özlərini biabır etməklə məşul olurlar. Sonda çox təəssüf edirəm ki, Zərduşt Əlizadə kimi ağzına gələni danşan adama özünü Elçibəyin varisi sayan şəxs cavab vermədi“.
Xatırladaq ki, Zərdüşt Əlizadə ölkə mətbuatına açıqlamasında Əbülfəz Elçibəy haqqında təhqiramiz fikirlər bildirib:
“Tramp peşəkar siyasətçi deyil. Küçədən gəlmiş adamdır, indi gəlib oturub hakimiyyətdə. Yadınıza salın Azərbaycanın o vaxtki tarixini. Ə.Elçibəy də hakimiyyətə küçədən gəlmişdi. Başlamışdı Çini, Hindistanı, İranı parçalamağa. Baykala qədər türk dövləti qururdu. Bir ildən sonra çala-çala getdi. İndi də, Donald Tramp gəlib. Onun çox böyük iddiaları var. Onu hədələyir, bunu hədələyir. Elə bilir ki, bundan əvvəlki peşəkar siyasətçilər heç nə bacarmırdılar, indi bu bütün problemləri həll edəcək”.
İnterpress.az