“Anam və qızım üçün çox darıxmışam”backend

“Anam və qızım üçün çox darıxmışam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz Quliyev məktubunda səhhətinin normal olduğunu yazıb.

“Qardaşımdan məktub aldıq. O, yenə biri-iki cümlə yazmaqla kifayətlənib. Eyni sözləri təkrar edib. Bəlkə də Şahbaza ürək sözlərini yazmağa icazə vermirlər. Məktubda səhhətinin normal olduğunu yazıb. Hər kəsə salam söyləyib”.

İ.Quliyev bildirib ki, ailəsi Şahbazın 6-cı sinifdə oxuyan qızına atasının girov düşdüyünü deyib: “Şahbazın qızına atasının girovluqda olduğunu demişik. Elza da atasının yolunu gözləyir. Anam hələ də Şahbazın girovluqda olduğunu bilmir. Məktubda qardaşım anam, ailəsi, qızı Elza üçün çox darıxdığını və onlara salam söylədiyini yazıb. Axırıncı dəfə Şahbazın şəkilinə baxanda onun çox arıqladığını, tanınmaz hala düşdüyünü gördük. İndi də heç nə dəyişəməyib. Ona görə çox narahatıq. Bizə dövlət qurumlarından deyirlər ki, girovların qaytarılması istiqamətində müəyyən işlər görülür. Biz də inanırıq ki, qardaşımgil tezliklə azad ediləcək”.

Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

İnterpress.az