“Suriya mənim ailəmə məxsus deyil”backend

“Suriya mənim ailəmə məxsus deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlbəttə, ölkə mənim ailəmə məxsus deyil. Suriya suriyalılara məxsusdur və hər bir suriyalının bu postu (prezident) tutmaq hüququ var”, – İnterpress.az xəbər verir ki, jurnalitin “Ailə üzvlərindən kimsənin Suriyada ondan sonra hakimiyyətə gəlməyəcəyinə təminat verə bilərmi” sualına cavabında belə deyib.
Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Dəməşqdə Suriya Hərbi Hava qüvvələri komandanlığını briqda generalı Hafiz Əsədin ailəsində doğulub.
Atası 1970-ci ildə dövlət başçısı olub. Bəşər Əsəd ailənin üçüncü övladıdır.
2000-ci il iyunun 11-də atası öləndən sonra Bəşər Əsədə general-leytenant rütbəsi verilib, o, Suriya ordusunun Ali Baş Komandanı postunu tutub.
Həmin il hakin BAAS partiyasının qurultayında baş katib seçilib və prezidentliyə vahid namizədliyi irəli sürülüb. Namizədliyi parlamentdə təsdiqlənib.
Bəşər Əsəd kompüter texnologiyaları üzrə mütəxəssis Əsma əl-Ahrasla evlidir. Cütlüyün iki oğlu və qızı var.

İnterpress.az