Həmin gün Azərbaycanla yanaşı, qonşu Türkiyədə də ardıcıl zəlzələr baş verib. Türkiyədə yaxın zamanlarda dağıdıcı zəlzələlərin olacağı proqnazlaşdırılır.
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli İnterpress.az-a bildirib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.
“İnsanlar narahat olmasınlar. Xırda təkanlar olur və olmalıdır. Bu, güclü və dağıdıcı zəlzələlərin olmasına işarə deyil və gözlənilmir. İlin əvvəlindən bu günə qədər 1132 zəlzələ olub ki, bunun da çoxu maqnitudası 3-dən aşağı olan təkanlardır”.
İnterpress.az