Nuri Sərinləşdiricidən “Maqa”nın toyu ilə bağlı açıqlamabackend

Nuri Sərinləşdiricidən “Maqa”nın toyu ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənninin köməkçisi Lamiyə Ələkbərova AzNews.az-a açıqlamasında bildirib ki, toyla əlaqədar Nuri Sərinləşdiriciyə beh üçün verilən pul bu gün ondan geri alınıb:

“Toy mərasimi avqustun 27-nə təyin olunmuşdu. Həmin toyu biz oxumalı idik. Sadəcə məlum məsələlərə görə, toy bir ay təxirə salınıb. Bizə də bu haqda məlumat verdilər. Allah bütün gəncləri xoşbəxt eləsin, Nuri də Bakıya gəlsin”.

Sosial şəbəkədə Diana Talışinskaya adlı izləyici Mirməhəmməd İsmayılovun həbs edilmədiyi və avqust ayının 12-si qız, 17-si isə oğlan toyu olacağı haqda məlumat yazmışdı. Ondan bir az sonra isə Diana Talışinskaya yazdığı məlumatı səhifəsindən silib. DİN açıqlama yayaraq yayılan məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib. Onu da bildirək ki, Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

İnterpress.az