BMT komissiyasının üzvü: “Əsədin hərbi cinayətləri barədə sübutlara malikik”backend

BMT komissiyasının üzvü: “Əsədin hərbi cinayətləri barədə sübutlara malikik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın məlumatına görə, Karl Del Ponte İsveçin “Le Matin Dimanche” nəşrinə müsahibəsində deyib ki, prokuror, məhkəmə olmamasına baxmayaraq, ilkin işlər görülüb.

Bununla belə, BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvü Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyada cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasına veto qoyduğunu xatırladıb və bu durumun onu narahat etdiyini vurğulayıb: “Suriyada ədalət təmin olunmayana qədər sülh olmayacaq. Suriyada baş verənlər faciədir. Mən heç vaxt belə sərt münaqişə görməmişəm, uşaqlar münaqişənin əsas qurbanlarıdır”.

Karl Del Ponte sentyabrın 18-də BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvlüyündən istefa verəcəyini də açıqlayıb.

Qeyd edək ki, Karl Del Ponte BMT-nin Yuqoslaviya üzrə Beynəlxalq Tribunalının prokuroru olub. O, 2012-ci ildən BMT-nin Suriyada cinayətlərin araşdırılması üzrə Komissiyasının üzvüdür.

İnterpress.az