Rusiya Şimali Koreyanın iqtisadi blokadaya alınmasının əleyhinədirbackend

Rusiya Şimali Koreyanın iqtisadi blokadaya alınmasının əleyhinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatında yer alan xəbərə görə, bu barədə qonşu ölkənin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Pxenyana qarşı münasibətini dəyişməklə iqtisadi maraqlarına zərbə vurmuş olar.

Xatırladaq ki, Şimali Koreyaya qarşı iqtisadi sanksiya tətbiq etmək təklifini Rusiyaya ABŞ təklif edib. Prezident Barak Obama bir qədər əvvəl bəyan edib ki, bu cür sanksiyalar Uzaq Şərq ölkəsinə təsir göstərməyə başlayıb.

İnterpress.az