Azərbaycan millisinin hücumçusu Braziliya klubuna keçibbackend

Azərbaycan millisinin hücumçusu Braziliya klubuna keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, \”sambaçı\” “Copagril” komandası ilə müqavilə bağlayıb.

Anlaşmanın müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Karvalyo mövsümün ilk yarısını \”Araz\”da keçirib. O, Yüksək Liqada 12 oyuna 7, UEFA Kubokunda isə 3 görüşdə 2 qol vurub. Braziliya əsilli futzalçı Azərbaycan millisinin üzvü kimi İranda təşkil edilmiş turnirdə 3 görüşdə 3 dəfə fərqlənib.

İnterpress.az