“İtkin alpinistlərlə bağlı pessimistəm” – Adil Qeybullabackend

“İtkin alpinistlərlə bağlı pessimistəm” – Adil Qeybulla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-a açıqlama verən Tibb üzrə ekspert, professor Adil Qeybulla alpinistlərin tibbi durumu haqqında qeyd edib ki, o bu məsələ ilə bağlı daha çox pessimist düşünür.

“Əgər alpinistlərə hansısa bir yardım göstərilibsə, hansısa bir yerə çatıb orada gizləniblərsə, o şansdır və sağ qalma ehtimalları var.

Yox əgər onlar huşsuz vəziyyətə düşüblər və ya hansısa bir vəhşi heyvanın , ya da terrorçunun hücumuna məruz qalıblarsa, belə olan halda onların sağ qalma şansları real görünmür. Çünki çox soyuq havada huşsuz, qidasız və köməksiz vəziyyətdə olan adam təbii ki, donvurmadan sağ qala bilməz.

Amma yenə də ümidlər qırılmayıb. Hamı arzu edər ki, bu gənc alpinistlər sağ- salamat tapılıb qayıtsınlar. Onların valideynləri də bu gün çox böyük təlaş içindədirlər. Amma təəssüflər olsun ki, onlar çox ehtimal ki, bərabər olsaydılar, hansısa bir yola əlaqə yaratmağa cəhd edərdilər və s. Bu müddətdə tapılmadıqları halda, təbii olaraq, adamda pessimist proqnozlar çoxalır”.

İnterpress.az