İnterpress.az xəbər verir ki, bununla bağlı İranın BMT yanında daimi nümayəndəsi Qulaməli Xosrov təşkilatın baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.
Məktubda qeyd olunur: “ABŞ hökuməti İranda keçirilən etiraz aksiyalarına dəstək vermə bəhanəsilə ölkənin daxili işlərinə qarışma fəaliyətlərini artırıb. ABŞ prezidenti və vitse-prezidenti çoxsaylı “tweet”ləri ilə iranlıları təhrikedici fəaliyyətə təşviq edib. Tramp administrasiyasının İranla bağlı açıqlamaları qınanılmalıdır”.
İnterpress.az