İnterpress.az xəbər verir ki, bu, ölkə kubokunun 1/4 finalında \”Yuventus\”a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.
Turin derbisində uduzan \”Torino\” mübarizəni dayandırıb. \”Yuventus\” isə yarımfinalda \”Atalanta\”ya rəqib olub. Digər yarımfinalda \”Milan\”la \”Latsio\” üz-üzə gələcək. İlk görüşlər yanvarın 31-də, cavab qarşılaşmaları isə fevralın 28-də keçiriləcək.
Qeyd edək ki, \”Torino\” İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Sinişa Mixayloviç bu komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi. O, əvvəllər \”Milan\”, \”Sampdoriya\”, \”Fiorentina\”, \”Kataniya\”, \”Bolonya\” klublarında və Serbiya yığmasında çalışıb.
İnterpress.az