İnterpress.az xəbər verir ki, əslən azərbaycanlı olan sənətçi aksiyalar zamanı gənc qızın baş örtüyünü açmasını və hakimiyyət əleyhdarlarını dəstəklədiyini gizlətməyib. O, bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib:
“İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara nüsxə yaza və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamımızı alarıq. Sizinlə olduğumu yadda çıxartmayın\”.
Xatırladaq ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra əsl adı Faiqə Atəşin olan Ququşun həm müğənnilik, həm də aktrisalıq fəaliyyətinə qadağa qoyulmuşdu. Bu səbəbdən də o, 2000-ci ildə İrandan Amerikaya getmək məcburiyyətində qalıb.
O, 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu Yorkda, BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına da qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib:
“Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”. (publika.az)
İnterpress.azhttps://youtube.com/watch?v=sOcg6FPM1HA