Cenk Tosun rekord qiymətə İngiltərəyə transfer oldubackend

Cenk Tosun rekord qiymətə İngiltərəyə transfer oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb.

Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək. Bununla da “ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya “Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq.

Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, “Everton”un baş məşqçisi Sem Ellerdaysın Tosuna “Liverpul”la keçiriləcək kubok oyununda debüt şansı verəcəyi gözlənilir.

İnterpress.az