İnterpress.az xəbər verir ki, araşdırmalara görə qarın bölgəsindəki piylənmə kişiləri \”qadınlaşdırır\”.
Qarın bölgəsinə yığılan piylər kişilər üçün ən vacib hormon olan testosteronu azaldır. Azalan testosteron isə daha çox piylənməyə, əzələ kütləsininin, seksual istəyin azalmasına, yorğunluğa səbəb olur. Lakin ən pisi isə odur ki, qarın bölgəsindəki yağlar testosteronun azalmasından əlavə, kişidə qadın hormonu olan estradiolun artmasına səbəb olur. Bu da müəyyən müddət sonra kişiləri \”qadınlaşdırır\”.
Bunun çıxış yolu isə davamlı şəkildə idmanla məşğul olmaq, piylənmənin qarşısını almaqdır. (milli.az)
İnterpress.az