İnsident barədə lenta.ru saytı xəbər verib. “Ənənələrə görə, bizi valideynlərimiz tanış edib. Mən onu ilk dəfə toydan 1 ay əvvəl gördüm və onda onun necə xəsis olduğunu anladım” – qadın belə danışır. Onun dediklərinə görə, toydan bir həftə sonra isə əri bəyan edib ki, harasa getməyə nifrət edir, çünki bunu “boş pul itkisi” hesab edir.
Buna baxmayaraq, toydan 40 gün sonra qadın ərini ilk dəfə gəzintiyə çıxmağa razı salıb. Gəzinti zamanı qadın ərindən ona şaurma almağı xahiş edib. Kişi isə gəzintinin əvvəlində ona meyvə şirəsi aldığını əsas gətirərək, şaurma almaqdan imtina edib. Kişi eyni zamanda həyat yoldaşını merkantillikdə ittiham edib və qalmaqal yaradıb. Bu hadisədən sonra qadın qəti şəkildə valideynlərinin yanına qayıdıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Yaxın bir neçə həftədə işə məhkəmədə baxılacaq.
2013-cü ildə Misir qadınlara qarşı ən pis davranılan ərəb ölkəsi seçilib. Ölkədə qadınlara qarşı zorakılıq yüksək səviyyədədir, qadınların kişilər tərəfindən cəza olaraq üzlərinin doğranması və s. geniş yayılıb, eyni zamanda qadınlar hakimiyyətdə aşağı səviyyədə təmsil olunurlar.
İnterpress.az