Bu telefon Vaçovski qardaşlarının “Matrisa” filmi sayəsində populyarlıq qazanıb.
Yeni məhsul müasir ölçülərinə görə olduqca ciddi xüsusiyyətlərə malikdir. İstifadəçilər 2,4 düym ölçülü displey, 2 meqapiksel kamera və 4 GB əməliyyat yaddaşından istifadə edə biləcəklər. Bundan başqa, “Nokia 8110” 4G şəbəkəsi ilə işləyir. Bunun üçün də onu Wi-Fi vasitəsilə internet paylanılması kimi də istifadə etmək mümkündür.
Banan-telefon 2018-ci ilin may ayında bazara qayıdacaq və onun qiyməti 79 dollar olacaq. (lent.az)
İnterpress.az