Gəncədə faciə — Yaşlı qadın yanaraq öldübackend

Gəncədə faciə — Yaşlı qadın yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.​

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın söndürülüb.

İnterpress.az