İnterpress.az xəbər verir ki, kral Salman bir gecədə Baş Qərargah rəisi, komandirlər və 3 nazirlikdəki nazir müşavirlərini işdən azad edib.
Vəzifə dəyişikliyinin arxasındakı ad isə vəliəhd şahzadə Məhəmməd bin Salman olub. Şahzadə eyni zamanda ölkənin müdafiə naziridir. Səudiyə Ərəbistanındakı dəyişiklik xəbərini ilk olaraq İranın rəsmi dövlət televiziyası olan Press TV yayıb. Əl-Riyadla münaqişə səviyyəsində olan İran bu xəbəri verməklə diqqəti Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı apardığı mübarizəni bir daha gündəmə gətirib.
Əl-Riyad vəzifə dəyişikliyini hələlik heç nə ilə əlaqələndirməyib. Xatırladaq ki, Səudiyyədə ötən il aralarında şahzadə və nazirlərin də olduğu 300 nəfər korrupsiyada ittiham edilərək saxlanılmışdı. (cebhe.info)
İnterpress.az