İnterpress.az xəbər verir ki, məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
İnterpress.az