Bakıda 2 qız itkin düşdübackend

Bakıda 2 qız itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1998-ci il təvəllüdlü Rəsuli Şəfa Rahim qızının valideyni 4-cü Polis Bölməsinə qızının evdən çıxaraq geri qayıtmaması barədə məlumat verib. Ana ərizəsində göstərib ki, qızı evdə onunla mübahisə edib və bir daha evə gəlməyəcəyini bildirib. Artıq 2 gündür itkin düşən qızla bağlı polis bölməsində axtarışlara başlanıb. Bölmədən bildirdilər ki, qızla əlaqə saxlamaq mümkün olsa da, o, evə dönməyəcəyini bəyan edib.

Digər itkin düşmə faktı Xəzər rayonunda qeydə alınıb. 2004-cü il təvəllüdlü Suzan Həndavi evdən çıxdıqdan sonra itkin düşüb. Hazırda hər iki qızın axtarışları davam etdirilir. ( olke.az )

İnterpress.az