Səməd Seyidov: “Azərbaycan-Türkiyə münasibətləri əbədidir”backend

Səməd Seyidov: “Azərbaycan-Türkiyə münasibətləri əbədidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətləri dəyişməz olaraq qalacaq deyə Səməd Seyidov bildirib:

\”Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi yüksəkdir. Bu əlaqələrin daha da güclənməsi üçün əlimizdən gələni edirik, bundan sonra da edəcəyik\”.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının Xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair protokol imzalanacaq.

İnterpress.az