İcra başçılarının müavinləri imtahandan azad edildi – Artur Rasi-zadədən daha bir dəyişiklikbackend

İcra başçılarının müavinləri imtahandan azad edildi – Artur Rasi-zadədən daha bir dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə görə, siyahıdan yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, şöbə müdiri, şöbə müdirinin müavini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifələri çıxarılıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. \”AA2” sətrindən \”yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılsın.

2. \”AB2” sətrindən \”yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini” sözləri çıxarılsın.

3. \”AC2” sətrindən \”şöbə müdiri;” sözləri çıxarılsın.

4. \”AC3” sətrindən \”şöbə müdirinin müavini;” sözləri çıxarılsın.

5. \”AC4” sətrindən \”yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;” sözləri çıxarılsın.

İnterpress.az