Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı – dəhşətli kadrlar – VİDEObackend

Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı – dəhşətli kadrlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli.Az-a istinadla xəbər verir ki, görüntülərdə Yaponiya ordusunun seks köləsinə çevrilən qadınların zorlandıqdan sonra öldürülüb, basdırılması əks olunub.

Qadınlar 1944-cü ildə Yaponiya ordusu tərəfindən Çinin şəhərində qəddarlıqla öldürülüb. Həmçinin bildirilir ki, həmin dövrdə 200 000-dən çox qadın əsgər fahişəxanalarında işləməyə məcbur edilib.

Seks köləsi kimi saxlanılan qadınların çoxu koreyalı olsa da, onların arasında çinlilər və cənub-şərqi Asiya ölkələrinin vətəndaşları da olub.

Görüntüləri cənubi koreyalı tədqiqatçılar Amerikanın milli arxiv idarəsindən tapıb, müharibə dövründə qadınlardan seks köləsi kimi istifadə edilməsi barədə keçirilən konfransda ictimaiyyətə təqdim ediblər.

19 saniyəlik videoda öldürülən qadınların çuxura atılması əks olunub.

İnterpress.az