APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb.
Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az