İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankara şəhərində Bağlarbaşı kimi tanınan məhəllədə baş verib.
35 yaşlı Lütfiyə Alver azyaşlı övladlarını qətlə yetirib. Belə ki, ötən gün axşam saatlarında L.Alver 8 yaşlı qızı Kübranı bıçaqlayaraq, digər 5 yaşlı qızı Bereni isə əlləri ilə boğaraq öldürüb.
Daha sonra ana özü polis şöbəsinə gedərək təslim olub: \”Mən uşaqlarımı öldürdüm, təslim olmaq istəyirəm\”.
Hadisədən xəbər tutan cinayətkar qadının həyat yoldaşı Zekeriya A. övladlarının qana boyanmış cəsədlərini gördükdə fəryad qoparıb.
İlkin ehtimala görə, 35 yaşlı L.Alver ruhi-əsəb xəstəliyinin daşıyıcısı olub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az