İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.
S.Şennak bildirib ki, AŞPA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

İnterpress.az