I Nikolayın qızının qızıl suyuna çəkilmiş servizi 321 min avroya SATILDIbackend

I Nikolayın qızının qızıl suyuna çəkilmiş servizi 321 min avroya SATILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

I Nikolayın qızının tarixi servizi Fransada 321 min avroya satılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.

Rusiya imperatoru I Nikolayın qızı Olqa Nikolayevnaya məxsus unikal çay-qəhvə dəsti Fransada keçirilən auksionda 321 min avroya (təxminən 604 min manat) satılıb.

Tarixi relikviyanın ilkin satış qiyməti cəmi 40-80 min avro (təxminən 75-151 min manat) məbləğində qiymətləndirilirdi.

Məlumata görə, dəst samovar, qəhvədan, çaydan, qapaqlı qəndqabı, süd qabı, süzgəc, qənd maşası və böyük oval formalı nimçədən ibarətdir.

Kolleksiyadakı bütün əşyalar 875 əyarlı qızıl suyuna çəkilmiş gümüşdən xüsusi zərgərlik ustalığı ilə hazırlanıb.

Xuraman Etibarlı

İnterpress.az