İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İnterpress.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
\”Cənab Prezident.
Milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir. Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.
Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram\”.
İnterpress.az