İsrail dənizlə sərhədə divar hörürbackend

İsrail dənizlə sərhədə divar hörür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza bölgəsinin dəniz sərhədi zolağında sədd inşasına başlayıb.

İnterpress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman məlumat verib.

“Sahil zolağından İsrail topraqlarına qeyri-qanuni daxilolmaların qarşısı alınacaq. Dünyada bənzəri olmayan tikintidən söhbət gedir. Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək və onun strateji silahını istifadəsiz hala gətirəcək”, – nazir bildirib.

Qeyd edək ki, 2014-cü ildə Qəzzada fələstinlilərə qarşı əməliyyatdan sonra sözügedən səddin inşası ilə bağlı qərar qəbul edilib.

İnterpress.az