“Baş nazir təyin olunmağım münasibətilə mənə ünvanlanan təbriklərinizə, xoş söz və arzularınıza görə hər birinizə minnətdarlığımı bildirirəm. Möhtərəm Prezidentimizin yüksək etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəmlə çalışacağam”.
İnterpress.az-ın xəbərinə görə, bunu baş nazir Novruz Məmmədov özünün facebook hesabında yazıb.
“Fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hamınızı təbrik edirəm!”, – baş nazir əlavə edib.
İnterpress.az