İnterpress.az-ın məlumatına görə, hadisə Nəsimi küçəsində baş verib.
Belə ki, şəhər sakinləri Elmir Hüseynov, Ceyhun Əhmədov və Sultan Səlimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı hadisənin 1980-ci il təvəllüdlü Razi Cəbrayıl oğlu Əliyev və 1990-cı il təvəllüdlü Kənan Ədalət oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub.
Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
İnterpress.az