“Qarabağ” mərhələ adlasa, “APOEL”lə oynayacaqbackend

“Qarabağ” mərhələ adlasa, “APOEL”lə oynayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, yeddi qarşılaşma baş tutub.

Bu matçlardan sonra Çempionlar yolunda 5, Liqa yolunda 2 komanda növbəti raunda adlayıb. Azərbaycan çempionu “Qarabağ”ın rəqibi Kiprdə müəyyənləşib.

Monteneqroda “Sutyeska”nı 1:0 hesabı ilə yenən APOEL ev matçında böyükhesablı qələbəyə sevinib – 3:0. Bununla da Kipr təmsilçisi Ağdam klubuna mümkün rəqib olub.

Qurban Qurbanovun yetirmələri “Dandolk” səddini adlasa, bu komanda ilə görüşəcək. Təmsilçimiz səfərdə 1:1 hesablı heç-heçə etdiyi İrlandiya klubu ilə bu gün Bakıda görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Liqa yolu
22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya) – 2:1
İlk oyun – 2:3
22:30. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) – 4:0
İlk oyun – 0:0
Çempionlar yolu
21:00. APOEL (Kipr) – \”Sutyeska\” (Monteneqro) – 3:0
İlk oyun – 1:0
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Kluj, Rumıniya) – 2:2
İlk oyun – 0:1
21:00. \”Nomme Kalyu\” (Estoniya) – \”Seltik\” (Şotlandiya) – 0:2
İlk oyun – 0:5
22:00.”Dinamo” (Xorvatiya) – \”Saburtalo\” (Gürcüstan) – 3:0
İlk oyun – 2:0
22:00. \”Valletta\” (Malta) – \”Ferensvaroş\” (Macarstan) – 1:1
İlk oyun – 1:3

İnterpress.az