İnterpress.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İrlandiyanın \”Dandolk\” komandasını qəbul edib. \”Dalğa Arena\”da keçirilən qarşılaşma Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüş \”Qarabağ\”ın hücumları ilə başlayıb. 12-ci dəqiqədə Xayme Romero Ağdam təmsilçisini hesabda önə keçirib. 76-cı dəqiqədə isə digər legioner oyunçu Ailton Silva fərqlənib. 87-ci dəqiqə isə Xayme Romero özünün ikinci qoluna imza atıb.
İrlandiyadakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən \”Qarabağ\” Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.
İnterpress.az