İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ donanmasının Kaliforniyadakı bazası yaxınlığında “F/A-18E Super Hornet” tipli çoxməqsədli qırıcı təyyarəsi ABŞ hərbi-dəniz qüvvələrinin Çayna-Leyk bazasının yaxınlığında, “Ölüm dərəsi”ndə yerləşən “Ulduz müharibələri” adlı kanyonunda qəzaya uğrayıb.
Məlumata görə, qəza nəticəsində “Ölüm dərəsi” milli parkını ziyarət edən 7 nəfər xəsarət alıb.
Bildirilir ki, bu kanyon aviasiya həvəskarları arasında kifayət qədər tanınmış yerdir, onlar burada təlim uçuşlarını seyr edirlər. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu və pilotun vəziyyəti barədə məlumat verilmir.
Qeyd olunur ki, hazırda qəzanın olduğu yerdə axtarış-xilasetmə işləri aparılır.
İnterpress.az