Zaqatalada 17 yaşlı qızın intiharının səbəbləri istintaq yolu ilə araşdırılır – Prokurorluqbackend

Zaqatalada 17 yaşlı qızın intiharının səbəbləri istintaq yolu ilə araşdırılır – Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 30-da rayonun Əliabad qəsəbə sakini Gülər İsmayılovanın yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri hazırda istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı APA iyulun 30-da xəbər yayıb. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb.

Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.

İnterpress.az