Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) İnterpress.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.
İnterpress.az