Təhsil Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Ş. Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.
Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. C. Bayramov bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.
Mingəçevir Dövlət Universitetinin yeni rektoru Ş. Bayramov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2019-cu il tarixli sərəncamı ilə Ş. Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
İnterpress.az