Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblarbackend

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, güləşçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan təmsilçimiz dörddəbir finala adlayıb.

Digər güləşçimiz Əsgər Əlizadə (60 kq) səkkizdəbir finalda Cənubi Koreya təmsilçisi Qunvoo Parkı mübarizədən kənarlaşdıraraq (9:0) növbəti mərhələyə keçib.

Adəm Hacızadə (67 kq) isə debütdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Fevzi Barahmanı 9:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

İnterpress.az