Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlarbackend

Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə hərbi jurnalistikanın yaranması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin peşəkarlığından, hazırlanan yazıların, məlumatların daha geniş yayılmağa və ictimaiyyəti daha çox maraqlandırmağa başlamasından danışılıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşüb.

O qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:

“Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə əvvəlcədən hazır olmalıdırlar. Eyni zamanda, bütün bu çətin şəraitə baxmayaraq, dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir”.